Paytaxtda avtomobil qaçırmış şəxs tutulub. Lent.az xəbər verir ki, avqustun 31-nə keçən gecə paytaxtın Nizami rayonunun Q.Qarayev prospektindən Bakı şəhər sakini Zabil Nadirovun idarə etdiyi “VAZ-2121” markalı avtomobil qaçırılıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Əlvan Məmmədsoy Rayon Mühafizə İdarəsinin və 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Ondan 7,005 qram heroin götürülüb.
Araşdırma aparılır.