Bakıda “Şəlalə” şadlıq evi 16 min 649 manata satışa çıxarıldı
18 dekabr 2012 12:59 (UTC +04:00)

Bakıda “Şəlalə” şadlıq evi 16 min 649 manata satışa çıxarıldı

0

Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan “Dostluq” kinoteatrı da satılır

 

Əmlak Məsələləri Dövlət Komitəsi 15 yanvar 2013-cü il tarixdə respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

 

Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərraca çıxarılan müəssisə və obyektlər sırasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 37 ünvanda yerləşən Şəlalə” şadlıq evi və Oğuz şəhəri, Heydər Əliyev küçəsi, 142 ünvanında yerləşən “Dostluq” kinoteatrı da var.

 

İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan Şəlalə” şadlıq evinin sahəsi 313,9 kv.m, start satış qiyməti 16 min 649 manat, ilkin satış qiyməti 14 min 152 manatdır.

 

Mədəniyyət və Turizm Nazirliyi, Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeçiliyində olan “Dostluq” kinoteatrının sahəsi 58,8 kv.m, start satış qiyməti 5 min 995 manat, ilkin satış qiyməti 5 min 96 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2296

Oxşar yazılar