Dekabrın 16-sı saat 01:00 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Savalan Sadıxov işlədiyi, A.Şaiq küçəsində yerləşən avtoyuma məntəqəsindən Hacı Orucova məxsus «Toyota» markalı avtomaşını qaçırıb. S.Sadıxov saat 02:00 radələrində Sabunçu rayonu ərazisində avtomaşını maneəyə vuraraq, hadisə yerində ataraq qaçıb.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçırmaqda şübhəli bilinən, Qobustan rayon sakini S.Sadıxov dekabrın 18-də tutulub.