Bakının Sabunçu rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə rayonun Zabrat dairəsində qeydə alınıb. Qəzada Yusif Mədətovun idarə etdiyi VAZ 2107 markalı avtomaşın idarəetməni itirərək 186 saylı avtobusa arxadan çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib.
Şahidlər qəzaya digər, yəni üçüncü avtomobilin səbəb olduğunu deyir.
Qeyd edək ki, mərhumun 18 yaşı təzə tamam olub. Y. Mədətov bir neçə gündən sonra hərbi xidmətə yollanacaqdı.
(anspress.com)