Bakıda ailə faciəsi: 3 nəfər dəm qazından boğuldu
20 mart 2013 19:50 (UTC +04:00)

Bakıda ailə faciəsi: 3 nəfər dəm qazından boğuldu

0

 

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.


Hadisə martın 19-da Binəqədi rayonu 7-ci mikrorayon 126-cı məhəllə ərazisində yerləşən yeni tikilidə qeydə alınıb. Həmin ünvanda yaşayanlar – 1954-cü il təvəllüdlü Səbinə Abdullayeva, onun qızı, 1988-ci il təvəllüdlü Arzu Abdullayeva və bacısı, 1953-cü il təvəllüdlü Kəbirə Həsənova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti hadisə baş verən bir neçə saat sonra aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1892

Oxşar yazılar