Aprelin 30-da Bakıda avtobus sürücüsü sükan arxasında keçinib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini Etibar İbrahimov idarə etdiyi "Daewoo" markalı avtobusda infarktdan ölüb.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.