Bakıda avtomobil 3 qadını vurub qaçdı
24 may 2013 13:20 (UTC +04:00)

Bakıda avtomobil 3 qadını vurub qaçdı

0

Mayın 23-də saat 00.48 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil 3 nəfəri vurub. Lent.az-ın daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ə.Naxçıvani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində müəyyən edilməmiş avtomaşınla yolu keçən Bakı şəhər sakinləri Sevda İsayeva, Səbinə Əhmədova və  Fərəh Rəhimzadə vurulub. Nəticədə xəsarət almış piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsinin "Chevrolet" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Ağaşirin Qarayev tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1401

Oxşar yazılar