Bakıda bir nəfər intihara cəhd edib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Xətai rayonunda 1 nəfər intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb. Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.
Əməliyyat başa çatıb.