Bakıda daha bir avtobus qəzası: 10 yaralı
18 aprel 2013 14:47 (UTC +04:00)

Bakıda daha bir avtobus qəzası: 10 yaralı

0

Bayılda baş verən qəzada yaralanmış şəxslərdən 7 nəfərin vəziyyəti ağırdır


 

Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 124 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

 

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4217

Oxşar yazılar