Dekabrın 19-da saat 10.00 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində meyit tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində yerləşən avtodayanacağın gözətçi köşkündə, orada gözətçi işləyən Şəmkir rayon sakini Fidayıl Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Meyit ekspertizaya göndərilib.