Bakıda axtarışda olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Soltanxanım Əliyeva yaxalanıb.
S.Əliyeva ətrafında araşdırmalar aparılır.