Bakıda dönərxana və gözəllik salonu yandı
01 iyun 2018 09:22 (UTC +04:00)

Bakıda dönərxana və gözəllik salonu yandı

0

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 18 m2 olan tikilinin (dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 20 m2 olan tikilinin (gözəllik salonu kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı qismən əriyib. Bitişik tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar