Bakıda yanan binanın sakinləri təxliyyə edilib.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə zamanı binanın 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb. Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.