Bakıda gecəyarısı dəhşətli qəza: ölən və yaralanan var
03 aprel 2013 11:02 (UTC +04:00)

Bakıda gecəyarısı dəhşətli qəza: ölən və yaralanan var

0

Aprelin 3-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkan-Şüvəlan yolunda 1990-cı il təvəllüdlü Ağayev Ağabala Hacımurad oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yol tikintisi zamanı istifadə olunan asfaltbasan texnikaya çırpılıb. Gecə saatlarında minik maşının yol kənarında dayanmış ağır texnikaya çırpılması nəticəsində 23 yaşlı sürücü hadisə yerindəcə keçinib. Sürücünün sərnişini, qohumu 1991-ci il təvəllüdlü Məmmədov Aqşin Mayıs oğlu isə ağır yaralanıb.

 

İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4122

Oxşar yazılar