Bakıda güclü külək əsəcək
21 dekabr 2012 13:26 (UTC +04:00)

Bakıda güclü külək əsəcək

0

Dekabrın 22-də qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəz olunacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək. 
 

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə -13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1178

Oxşar yazılar