İradə Müsaibovanın vəziyyəti ağırdır
Dekabrın 21-də saat 14.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində, Bakı şəhər sakini İradə Müsaibovaya məxsus bağ evinin həyətindəki hamamda partlayış baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə qapı və pəncərə çərçivələrinə ziyan dəyib, yanıq xəsarəti almış İradə Müsuibova isə xəstəxanaya yerləşdirilib.
İradə Müsaibovanın vəziyyəti ağırdır.