Bakıda keçmiş “ZEK”ə qoşulmuş yeniyetmələr yaxalandı
24 noyabr 2017 14:12 (UTC +04:00)

Bakıda keçmiş “ZEK”ə qoşulmuş yeniyetmələr yaxalandı

0

Bakıda oğurluqla məşğul olan 3 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisindəki 3 evdən geyim, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Səfərov, Babək rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

 

Tutulan şəxslərin ətrafında araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar