Hadisəyə qadınların səs salan uşaqları döyən kişiyə mane olmaq istəməsi səbəb olub
Aprelin 29-da saat 17-18 radələrində Bakının Binəqədi rayonu ərazisində 30 yaşlı kişi arvadını və qayınanasını vəhşicəsinə döyüb. Binəqədi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, 30 yaşlı Məhəmməd Vəli oğlu Bayramov həyat yoldaşı 25 yaşlı Səfurə Cəlal qızı Bayramovanı və qaynanası 60 yaşlı Mahirə Cavanşir qızı Babayevanı möhkəm döyüb. Nəticədə hər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbinə gəlincə, Məhəmməd Bayramov işdən evə gəlib. Bu zaman evdə uşaqlar dəcəllik edirmiş. Kişi əsəbiləşərək uşaqları döyməyə başlayıb. Bu zaman qadın onun qarşısını almaq istəyib. Buna əsəbiləşən M.Bayramov qadını yerə yıxaraq təpikləyib. Daha sonra işə qarışan qayınanaya hücum edib.
Faktla bağlı araşdırma başlanıb.