Bakıda kişi dənizdə batdı
28 iyul 2017 21:25 (UTC +04:00)

Bakıda kişi dənizdə batdı

0

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1975-ci il təvəllüdlü Məmmədov Adail Ziyadxan oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 19:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar