Bakıda mağazadan külli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki mağazalardan birindən içərisində 18000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Muxtar Babazadə tutulub.
Araşdırma aparılır.