Bakıda bir neçə gün əvvəl meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Müşfiqabad qəsəbəsindəki elektrik yarımstansiyasında tapılmış 50-55 yaşlı meyitin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs aprelin 12-də itkin düşmüş Binəqədi qəsəbə sakini Cəlal Qubayevdir.
Araşdırmalar davam etdirilir.