Bakıda oğurluqla məşğul olan qadınlar saxlanıldı
28 noyabr 2017 13:25 (UTC +04:00)

Bakıda oğurluqla məşğul olan qadınlar saxlanıldı

0

Bakıda oğurluqla məşğul olan 2 qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də Nəsimi rayonu ərazisindəki mağazaların birindən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsurə Məmmədzadə 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bundan başqa, Bakı BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Əsmər Hüseynovanın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 22-də metronun Gənclik stansiyasında Bakı şəhər sakini S.Məhərrəmovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

 

Hər iki qadın ətrafında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar