Bakıda partlayış: ana və iki oğlu yaralandı
07 iyun 2013 14:43 (UTC +04:00)

Bakıda partlayış: ana və iki oğlu yaralandı

 

İyunun 6-da saat 01.00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində partlayış hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şüvəlan qəsəbə sakini Ülkər Quliyevanın mənzilinin hamam otağında qızdırıcının nasazlığından yanğına keçən partlayış baş verib.

 

Hadisə nəticəsində dağıntı olmayıb. Yanıq xəsarətləri almış Ü.Quliyeva və oğlanları Xəyal və Həsən xəstəxanaya yerləşdirilib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

# 1343
avatar

Oxşar yazılar