Bakıda polis “Range Rover”i saxladı: 5 nəfər tutuldu
24 dekabr 2012 11:51 (UTC +04:00)

Bakıda polis “Range Rover”i saxladı: 5 nəfər tutuldu

0

Dekabrın 23-ü saat 18:15 radələrində Bakıda şübhə yaradan avtomobil saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Babək prospektində Anar Tanrıverdiyevin idarə etdiyi «Range Rover» markalı avtomaşın şübhə doğurduğundan Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış keçirilən zaman salondan 1 kiloqramdan artıq marixuana aşkar olunub.

 

Sürücü A.Tanrıverdiyev və sərnişinləri – Ruslan Yaqubov, Anar Allahverdiyev, Qabil Kərimov və Ramil Əsgərov saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2144

Oxşar yazılar