Aprelin 28-dən 29-na keçən gecə Nizami rayonu ərazisindəki “Kəpəz” istirahət mərkəzində əməliyyat keçirilib. Lent.az-ın “musavat.com”-a istinadən verdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən əməliyyat zamanı 31 nəfər tutulub. Bakı Neft Emalı Zavodunun yaxınlığında yerləşən istirahət mərkəzində tutulanlar Nizami Rayon Polis İdarəsinə aparılıblar. Əməliyyatçılar istirahət mərkəzindəki 2 mərtəbəli binaya qəfil hücum ediblər. 1-ci mərtəbədə yerləşən bardan mərkəzin işçilərini tutublar. 2-ci mərtəbədəki nömrələdə qapıları sındırıb orada olan cütlükləri zorla özləri ilə aparıblar.
Bu gün səhər tutulanların 21 nəfər güclü cins nümayəndəsi azad olunub. Buraxılanlardan 6 nəfər istirahət mərkəzinin işçisi olub. İstirahət mərkəzində tutulan 10 nəfər zərif cins nümayəndəsi isə polisdə saxlanılırlar. Əməliyyatın mərkəzin saunasında keçirildiyi bildirilir.
Qeyd olunur ki, tutulanların əksəriyyəti çılpaq vəziyyətdə olub. Belə məkanlarda adətən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməliyyat keçirir. Nizami polisinin belə əməliyyat keçirməsinin arxasında digər cinayətlərə aydınlıq gətirilməsi məqsədinin güdülməsi də istisna deyil. Güman olunur ki, tutulan zərif cins nümayəndələri arasında bir cinayətin şahidi olmuş “sevgi ilahəsi” də var.
Məsələ ilə bağlı Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən hər hansı bir şərh verməyiblər.
Bakıda polis saunada əməliyyat keçirib: 31 nəfər tutulub
0
0
0
0