Bakıda qəribə hadisə
20 dekabr 2012 10:58 (UTC +04:00)

Bakıda qəribə hadisə

0

Dekabrın 19-da Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, həmin şəxs “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib.

 

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşın barmağı sıxıldığı üçün şişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2149

Oxşar yazılar