
Bakıda quldurluq edən keçmiş məhkum tutuldu
Oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı maşında aparılması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal Sabunçu rayon Polis İdarəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər.
Sabunçu rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi, Dövlət Yol Polisi Şöbəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin maşını idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Polis əməkdaşları bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətlərini müəyyən ediblər.
Üz və bədən nahiyəsindən xəsarət alan A.İsmayılov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28