Bakıda sauna əməliyyatı: 45 qadın saxlanıldı
16 may 2013 11:37 (UTC +04:00)

Bakıda sauna əməliyyatı: 45 qadın saxlanıldı

0

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda xüsusi əməliyyat keçirib.


 

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb. Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən “İnfiniti” gecə barında və Xətai rayonunda yerləşən “Dalğa” saunasında aparılıb.

 

Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır.

 

Hazırda paytaxtda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11098

Oxşar yazılar