Bakının Səbail rayonunda beşmərtəbəli yataqxanada yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binasının 2-ci mərtəbəsinin dəhlizində əşyalar, elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.