Bakıda zavodda partlayış: 1 nəfər həlak oldu
15 may 2013 17:32 (UTC +04:00)

Bakıda zavodda partlayış: 1 nəfər həlak oldu

0

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus zavodda partlayış verib.


 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, MSN-in “İqlim” Elmi İstehsalat Müəssisəsində fəhlə işləyən, 1956-cı il təvəllüdlü Adıgözəl Məhərrəmov sexlərdən birində dəzgahın partlaması nəticəsində ağır xəsarət alıb.

 

A. Məhərrəmov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3194

Oxşar yazılar