Dekabrın 29-da Bakı şəhərinin Səbail rayonunda güclü partlayış hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Səbail rayonunda vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evində dağıntı ilə nəticələnən partlayış hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə nəticəsində yanğın qeydə alınmayıb.
İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Partlayış nəticəsində evin bir hissəsi uçub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və yanğın bölmələri hadisə yerində insan faktoru aşkar etməyib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.