Lənkəran rayonunda balıqçı Xəzər dənizində boğulub. Lənkəran Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Afərin Mikayıl oğlu Vəliyev dənizdə balıq tutarkən suya düşərək boğulub. A. Vəliyevin cəsədi dənizdən tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.