Bir neçə rayonda yanğın qeydə alınıb
07 aprel 2013 02:18 (UTC +04:00)

Bir neçə rayonda yanğın qeydə alınıb

0

Aprelin 6-da respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m  olan 6 otaqlı mənzilə əlavə artırılmış tikilinin tavanı 12 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın   yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m.olan tövlənin yanar konstruksiyaları 30 kv.m. sahədə və damına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının  qalan hissəsi yanğından mühafizə olunub.  

 

Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 6 ton olan  ot tayası yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar