Bir neçə yanğın hadisəsi qeydə alınıb
05 may 2013 07:16 (UTC +04:00)

Bir neçə yanğın hadisəsi qeydə alınıb

0

Ötən gün axşam saatlarında ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. . APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan qamış konstruksiyadan ibarət köməkçi tikili  20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.  

 
Daha bir yanğın hadisəsi Nefçala rayonunda olub. Rayonun Qaraqaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli  2 otaq və aynəbəndən ibarət evin  yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı   tikililər yanğından mühafizə olunub.  
 
Bundan başqa, Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “MTZ” markalı  traktorun qoşqusuna yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
 
Bütün hallarda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar