Bir nəfər Sabunçu rayonu ərazisində dənizdə batıb. APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bir nəfər Sabunçu rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.