Çində növbəti qadağa
29 dekabr 2012 13:20 (UTC +04:00)

Çində növbəti qadağa

0

Çində sosial şəbəkələrdən istifadə etməklə bağlı qərar qəbul olunub. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölkə rəhbərliyinin qəbul etdiyi qərarda qeyd olunur ki, sosial şəbəkələrdə fikir bildirmək üçün həmin şəxs özü haqqında məlumat verməlidir. Belə olmadığı təqdirdə həmin şəxsin qeyd olunan şəbəkələrə giriş qadağan ediləcək.

 

Bu qərar çinlilərin kəskin narazılığına səbəb olub. Onlar bunu ifadə azadlığının pozulması və ölkə rəhbərliyinin onlara qarşı yönəlmiş şikayətlərin, tənqidlərin qarşısını almaq üçün qəbul etdiyi hesab edirlər.

 

Qeyd edək ki, Çində internetlə bağlı bir çox qadağa mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1055

Oxşar yazılar