Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı
23 noyabr 2017 01:15 (UTC +04:00)

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı

0

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən noyabrın 22-də keçirilən əməliyyat barədə operativ məlumat yayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndinin ətrafında olan, suvarma kanalının çəkilməsi  nəzərdə tutulan ərazidə gün ərzində  29 300 kv.m (2.93 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 36 800 kv.m (3.68 ha)), 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar