"Nida"nın iki üzvü həbs edilib-YENİLƏNİB
30 mart 2013 19:36 (UTC +04:00)

"Nida"nın iki üzvü həbs edilib-YENİLƏNİB

0

 

“Nida” Vətəndaş Hərəkatının daha bir üzvü həbs edilib. Bu barədə APA-ya vəkil Namiq Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundova Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R.Axundov barəsində Nəsimi Rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

 

***

 

 

 “Nida” Vətəndaş Hərəkatının daha bir üzvü həbs edilib. Bu barədəAPA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

 

Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Ü. Məmmədli barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1003

Oxşar yazılar