Bənzər iki ailə dramı: qardaşlarını qətlə yetirdilər
22 dekabr 2012 12:22 (UTC +04:00)

Bənzər iki ailə dramı: qardaşlarını qətlə yetirdilər

0

Azərbaycanda qardaş doğma qardaşını qətlə yetirib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 21-də Gəncə şəhəri ərazisindəki "Xan Bağı" istirahət mərkəzində qeydə alınıb. Həmin istirahət mərkəzində işləyən şəhər sakini Elnur Babayev kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və aldığı xəsarətdən orada ölüb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən mərhumun qardaşı – Naim müəyyən edilərək həbs edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, ötən gün Masallı rayonunda da analoji hadisə qeydə alınıb. Masallıda qarda qardaşını qətlə yetirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də Masallı rayonunun Köhnə Alvadı kəndində, kənd sakini Rasim Abıyev münaqişə zəminində qardaşı Əfqanı bıçaqla qətlə yetirib. Rasim Abdıyev könüllü olaraq Masallı RPŞ-nə gələrək təslim olub.

 

Faktla bağlı araşdırma aparılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2903

Oxşar yazılar