Dekan tələbəni döyüb
16 aprel 2013 00:48 (UTC +04:00)

Dekan tələbəni döyüb

0

 

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsini möhkəm döyüblər. Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışla xəstəxanaya yerləşdirilən tələbə Sadıqov Əjdər Yaşar oğlunun vəziyyəti ağır olub. Ona kəllə-beyin travması diaqnozu ilkin yardımlar göstərilib və məsələ ilə bağlı Nizamı Rayon Polis Şöbəsi məlumatlandırılıb.

Xəstəni dindirmə zamanı məlum olub ki, onu fakültənin dekanı, dosent Zakir Əhmədov döyüb.

Hadisə ilə bağlı tələbənin izahatı alınıb, işə başlanılıb. Amma sonradan polisə hadisəyə müdaxilə etməmək tapşırılıb. Hadisə aprelin 8-də baş verib.

 
aznews.az
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1595

Oxşar yazılar