Dələduzluqda təqsirləndirilən qadın saxlanılıb
24 may 2013 20:07 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən qadın saxlanılıb

0

Gəncədə təxminən bir ay axtarışda olan qadın saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Xalidə Kərimova saxlanılaraq istintaqa təhvil verilib.

O, aprelin 26-dan Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar