Azərbaycanda daha iki nəfər dəm qazından dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisələrdən biri dekabrın 21-də Sumqayıt şəhərində baş verib. Şəhər sakini Nicat Qocayev yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Digər bir hadisə isə dekabrın 22-də Qazax rayonunda baş verib. Rayon sakini Aygül Omarova evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.