<b>Dənizdə itkin düşən 2 gəncin axtarışlarına helikopter də qoşuldu</b>
23 aprel 2018 10:51 (UTC +04:00)

Dənizdə itkin düşən 2 gəncin axtarışlarına helikopter də qoşuldu

0

Aprelin 18-də Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar