Azərbaycana gətirilən qanunsuz araqların qarşısı alınıb.
DGK-da Lent.az-a verilən məlumatına görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.
Həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.