DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
25 aprel 2018 13:31 (UTC +04:00)

DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

 

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar