Daxili İşlər Nazirliyi Xəzərdə 4 azərbaycanlı balıqçının itkin düşməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayının 23-də Neftçala rayon sakinləri Şükür Hüseynov, Ramin İsgəndərov, Məmmədağa Nağıyev və Bakı şəhər sakini Nofəl Əhmədov motorlu qayıqda dənizə balıq ovuna çıxıb və itkin düşüb.
İtkin düşmüş balıqçıların tapılması üçün axtarışlar davam etdirilir.