DİN dəhşətli hadisə ilə bağlı məlumat yaydı
10 may 2013 14:55 (UTC +04:00)

DİN dəhşətli hadisə ilə bağlı məlumat yaydı

0

 

Daxili İşlər Nazirliyi Bakışəhərinin Yasamal rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 9-da saat 16.20 radələrində Yasamal rayon sakini Sahib Rzayevə məxsus evdə elektrik naqilinin qısa qapanmasından yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, orada yaşayanlar Valentina Koralyova, nəvəsi Rauf Əhmədov yanaraq həlak olub. V.Karalyovanınqızı Tatyana və Səbinə Baladadaşova isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar