<b>DİN Lənkəranda meyiti tapılan uşaq barədə məlumat yaydı</b>
31 iyul 2017 11:56 (UTC +04:00)

DİN Lənkəranda meyiti tapılan uşaq barədə məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Lənkərandakı qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

 

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

 

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar