DİN qəzaya düşmüş polislərlə bağlı məlumat yaydı
07 iyun 2013 15:13 (UTC +04:00)

DİN qəzaya düşmüş polislərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi iyunun 6-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, saat 13.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Sərdar Əhmədovun idarə etdiyi "VAZ 21011" markalı və Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Nəriman Nərimanovun idarə etdiyi "VAZ 21015" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış S.Əhmədov və sərnişinləri, Bakı şəhər sakinləri Xəyal Həsənov, Əli Paşayev  xəstəxanaya, N.Nərimanov və sərnişinləri, Sumqayıt ŞPİ-nin əməkdaşları, polis kapitanı Bəbir Alxanlı, polis serjantı Tural Məmmədov və baş serjant Çingiz Azadəliyev isə DİN-in Hospitalına yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

# 901
avatar

Oxşar yazılar