DMX: ərizə qəbulu başladı
15 aprel 2013 19:23 (UTC +04:00)

DMX: ərizə qəbulu başladı

0

Dövlət Miqrasiya Xidməti 15 apreldən 15 may 2013-cü ilə qədər miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına müsabiqə elan edir. DMX-dan Lent. az-a verilən məlumata görə, müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-18.00-dək müvafiq ərizə formasını dolduraraq, qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.

 

Sənədlərin siyahısını Dövlət Miqrasiya Xidmətinin İnretnet saytından əldə etmək olar (www.migration.gov.az).

 

Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar